Qeydiyyatdan çıxarılan şəxslərin şəxsiyyət vəsiqələri niyə deaktiv olur? - Açıqlama

20 İyun 2022 19:12    5339 Baxış   
Qeydiyyatdan çıxarılan şəxslərin şəxsiyyət vəsiqələri niyə deaktiv olur? -   Açıqlama

Polis bölmələrində qeydiyyatdan çıxarılan şəxslərin şəxsiyyət vəsiqələri deaktiv olur.
Bu barədə vətəndaşlar sosial şəbəkələrdə məlumat yayıblar.

Məsələ barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, əgər vətəndaş məhkəmə qətnaməsi əsasında qeydiyyatdan çıxırsa, şəxsiyyət vəsiqəsi deaktiv edilir:

“Həmin şəxs yeni ünvana qeydiyyata düşdükdən sonra təzə şəxsiyyət vəsiqəsi ilə təmin edilir”.

Vəkil Tural Hüseynov Oxu.Az-a açıqlamasında bildirib ki, şəxs qeydiyyatdan çıxdıqdan və ya çıxarıldıqdan sonra qeydiyyata düşmürsə, dərhal onun şəxsiyyət vəsiqəsi deaktiv olur:

“Belə olan halda şəxs ya özünə məxsus olan mənzildə, mülkiyyətçinin razılığı əsasında hər-hansı digər mənzildə və ya yaşadığı ərazi üzrə rayon polis idarəsində qeydiyyata düşməlidir. Əks halda onun şəxsiyyət vəsiqəsi deaktiv olaraq qalır”.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar