Ramazan bayramı qara bayram deyil, ağ bayramdır!

13 May 2021 15:07    1081 Baxış   
Ramazan bayramı qara bayram deyil, ağ bayramdır!

Bu gün ərəb təqvimi ilə şəvval ayının 1-dir. Məlumdur ki, bu ayın 1-i Ramazan bayramının ilk günüdür. Onu da nəzərə alsaq ki, Ramazan bayramı günündə oruc tutmaq haramdır, o zaman çox diqqətli olmaq lazımdır. Biz miladi təqvimlə ayın günlərini necə dəqiqliklə yaşayırıqsa, ərəb təqvimdə olanlar da o cür dəqiqliklə yaşayırlar. Ərəblər bu ayı bizim kimi bir-iki gün yaşamır, bütün şəvvalı, ondan sonra zülqədəni, daha sonra zülhiccəni dəqiqliklə yaşayırlar.

Biz zülqədənin ilk ongünlüyündə yenə də onlara qoşuluruq. Ayın adıının belə nə olması fərq etmir. Əsas hicri təqvimdirsə, demək Ramazan hər il müəyyən say ilə məlumdur. Bundan əlavə Bakı ilə Ərəbistan arasında uzun saat fərqi də yoxdur. Belə ki, Bakı ilə Bağdad (İraq) arasında 1 saat, Qahirə (Misir) arasında 2 saat, Ər-Riyad (Səudiyyə Ərəbistanı) arasında da yenə 1 saat fərq vardır. Əbu Dabi (BƏƏ) arasında isə saat fərqi belə yoxdur. Hər iki paytaxtda vaxt eynidir. Bu da onu göstərir ki, arada 1 gün fərq ola bilməz. Bunu bizi Türkiyədən ayırmaq üçün İran və onun buradakı məlum əlaltıları edir. Ancaq savaşda da göründü ki, Türkiyə bizim, İran isə erməninin yanında idi. Məzhəb düşüncəsi ilə İran təsirinə düşmək gələcəkdə erməninin bu torpaqları yenidən işğalı üçün şərait yaratmaqdır.

Təsəvvür edin ki, bu il hicri təqvimlə Ramazan 30 gün olduğu halda onu 29 gün etdilər, oruca bir gün gec başladılar. Bütün dünya müslimanları 13-də, bunlar isə 14-də başladılar. Hətta bayramı da 1 gün sonraya atmaq fikirləri də müşahidə olundu. Texnologiyanın yüksək inkişaf dövründə təqvim mübahisəsi açmaq isə mənasızdır. Elə bu səbəbdən də bu gün Ramazan bayramı olması mübahisə üçün heç bir əsas vermir. Mübarək Ramazan bayramında Uca Allah müsliman dünyasına bərəkət nəsib etsin İnşəallah. Bütün bəşəriyyət bu bayram bərəkətindən pay alsın, insanlığın yeganə qurtuluşu olan islama tələssin İnşəallah.

Əziz peyğəmbərimiz Muhamməd Əleyhissəlamın buyurduğu kimi "Hər kəs müsliman fitrəti ilə doğar, sonradan başqa dinə gedər". Hər bir kəsi Uca Allaha təslim olmaq, müslim olmaq diləyi ilə sevgilərlə qutlayıram. Bayramınız bərəkətli olsun İnşəallah. Amin. Daha doğrusunu Aləmlərin Rəbbi olan Allahu-Təala bilir.

Atif İslamzadə


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar