Rusiyalı politoloq: “Dünya ictimaiyyəti ermənilərin törətdiyi bu genosidə qiymət verməlidir” - VİDEO

28 Fevral 2021 17:52    478 Baxış   
Rusiyalı politoloq: “Dünya ictimaiyyəti ermənilərin törətdiyi bu genosidə qiymət verməlidir” -  VİDEO

Rusiyalı politoloq Yevgeni Mixaylov Xocalı soyqırımına münasibət bildirib. O, erməni quldurları tərəfindən törədilən bu vəhşiliyə dünya ictimaiyyəti tərəfindən lazımi qiymətin verilməsinin vacibliyini vurğulayıb.

“Bu dağıntılar Azərbaycanın geri aldığı Qarabağ ərazilərdir. İndi Azərbaycan bu torpaqları bərpa etməyə hazırlaşır. Biz bu gün erməni silahlı qüvvələri, daha dəqiq desək erməni quldurları tərəfində soyqırıma məruz qalmış Xocalının dinc sakinlərinin məzarı üstünə gəlmişik.

Burada çox sayda xarici media nüməyəndələri – yaponlar, çinlilər, türklər, iranlılar var və onların hamısı soyqırım məsələsini işıqlandırmaq istəyir. Düşünürəm ki, dünya ictimaiyyəti ermənilərin törətdiyi bu genosidə qiymət verməlidir”, - deyə politoloq bildirib.






Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar