“SMS-icazə” bərpa edilir? - AÇIQLAMA

24 Fevral 2021 11:21    521 Baxış   
“SMS-icazə” bərpa edilir? -  AÇIQLAMA

Azərbaycanda yoluxanların sayında yenidən artım müşahidə olunur. Belə fevralın 23-də koronavirus infeksiyasına 223 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Yoluxanların sayında artım davam edərsə yenidən "sms icazə" sistemi tətbiq edilə bilərmi?

Deputat İqbal Məmmədov bildirib ki, son günlər yoluxanların sayında az da olsa artımın olması narahatedicidir: "Koronavirus dünyada ilk başladığı gündən ölkəmiz tərəfindən lazım olan bütün qabaqlayıcı tədbirlər görüldü. Keçən ilin fevralında Operativ Qərargah yaradıldı. Ölkəmizdə pandemiya başladığı gündən görülən qabaqlayıcı tədbirlər sayəsində digər ölkələrdə olduğu kimi kütləvi ölümlərin qarşısı alındı. Tətbiq olunan karantin rejimi və mərhələli şəkildə sərtləşmələr sayəsində yoluxanların sayı 120-140-a qədər düşdü. Təəssüf ki, son bir neçə gündə yenidən yoluxanların sayında artım müşahidə olunur. Bu artım nəyinki məni bütün vətəndaşlarımızı narahat etmədilidir. Çünki bilirsiniz ki, koronavirusun Britaniya ştamı bütün dünyada sürətlə yayılır. Bundan əlavə bir neçə ölkədə artıq virusun 3-cü dalğası başlayıb. Ona görə də biz yumşalmalardan arxain olmamalıyıq. Qaldı ki, "sms icazə" sisteminin yenidən bərpa edilib-edilməməsinə bu barədə qərar vermək Operativ Qərargahın səlahiyyətindədir.Əgər "sms icazə" sisteminin yenidən bərpasını və karantin rejimin sərtləşməsini istəmiriksə qoyulan qaydalara əvvəlkindən də daha məsuliyyətli yanaşmalıyıq. Çünki yoluxanların sayının artması yenidən karantin rejimində sərtləşmələrə gətirib çıxara bilər. Bunu da heç birimiz arzulamırıq".


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar