Tehran Pəncşirin “Taliban”ın nəzarətə keçməsindən narahatlığını ifadə edib

06 Sentyabr 2021 18:15    652 Baxış   
Tehran Pəncşirin “Taliban”ın nəzarətə keçməsindən narahatlığını ifadə edib

İranın Xarici İşlər Nazirliyi Pəncşir vilayətinin “Taliban” tərəfindən ələ keçirilməsi ilə bağlı xəbərlərdən narahatdır.

Dominant.az “RİA Novosti”ya agentliyi xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə deyib.

“Əfqanıstan liderlərinin ölümü çox böyük təəssüf doğurur. Biz həmçinin xarici müdaxilə versiyasını da nəzərdən keçiririk”, - deyə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi söyləyib.

İranlı diplomat tərəfləri dialoqa çağırıb.

Məlumat üçün qeyd edək ki, bu gün “Taliban”ın təmsilçisi Zabiulla Mücahid Pənçşirin ələ keçirildiyi barədə açıqlama ilə çıxış edib.

Lakin daha sonra müqavimət qüvvələri bu məlumatı təkzib edib.

(Oxu.az)



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar