Türk birliyinə doğru: İfrata varmadan və əndazəni aşmadan

26 Avqust 2020 10:02    717 Baxış   
Türk birliyinə doğru:  İfrata varmadan və əndazəni aşmadan
Keçən ilin oktyabrında (16. X. 2019 il) Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov dövlət qəzetindən birinə müsahibə vermişdi.

Jurnalist soruşdu ki, "Nizami müəllim, oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirildi. Eyni zamanda, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasının 10 ili tamam oldu. Sizcə, Türk Şurası ötən dövr ərzində qarşıya qoyduğu hədəflərə nə dərəcədə çata bilib?"

Müsahib, bir sıra məsələləri yekunlaşdıraraq fikirlərini belə tamamlayırdı: “... proses elə gedir ki, türk birliyini istəməyən dairələr bizim birliyimizdən sui-istifadə edib “türk qorxusu” yaymasınlar. Yaymağa çalışsalar belə, türk dövlətlərinin fəaliyyəti nəticəsində dünya görəcək ki, burada normal, mədəni, ümumbəşəri dəyərlərə, müasir sivilizasiyaya uyğun bir proses gedir. Dünya xalqlarının bir birilə münasibətləri hansısa birinin hüquqlarının pozulması şəklində yox, hüquq bərabərliyi əsasında olmalıdır. Başqa bir mədəni birlik dünyada mümkün deyil. Qloballaşmanın şərti də budur. Türk dünyası da Azərbaycanın timsalında multikulturalizmin zirvəsini dünyaya təqdim edir. Bütövlükdə, türk dövlətlərinin birliyi üçün çox ciddi əsaslar var və bu birlik dünyaya mədəniyyət, humanizm, insanlıq, böyük dəyərlər gətirir”.

Bu gün artıq Türkdilli Dövlətlərin ortaq müdafiə qurumunun təşkil olması zərurətindən söhbət gedir. Çalxalanan, haqsızlıq və qanunsuzluq baş alıb getdiyi müasir dünyada buna doğrudan böyük ehtiyac var. Ancaq bu sahədə olduqca ehtiyat və həssaslıqla hərəkət etmək vacibdir. Məsələn, bəzi Türkiyə çevrələrində bu ölkənin Azərbaycanda hərbi bazaları qurmasını təkidlə təbliğ edirlər. Lakin Azərbaycan qanunlarına görə, Azərbaycanda heç bir xarici ölkənin bazası ola bilməz, bu qadağandır.

Bizim də bəzi partiya təmsilçilərimiz (məsələn, Sərdar Cəlaloğlu) konstitusiyada dəyişiklik edib bu bazaları yerləşdirməyi təklif edir. Lakin buna bu gün heç bir lüzum yoxdur, xüsusən rəsmi müqavilə şəklində. Türkiyə xüsusi təyinat bölmələri Azərbaycan ərazisində istənilən qədər (rotasiya olmaqla) qala bilərlər.

Xüsusi qeyd edək ki, Azərbaycan ordusu heç də Türkiyə ordusundan zəif deyil, dövləti tam müdafiə etmək gücündədir. İkinci dünya müharibəsində Azərbaycan xalqı faşizm üzərində qələbədə nəyə qadir olduğunu isbat edib. Berlinin mərkəzində, “Branderburq darvazasına” 1945 ilin mayında ilk zəfər bayrağını Azərbaycan milli diviziyası əsgərləri sancıb. İndi biz NATO standartlarını mənimsəyirik, lakin sovet hərbi məktəbi də zəif olmayıb. Biz bu ənənələrdən də faydalanırıq.

Bəziləri, hətta Azərbaycanla Türkiyənin konfederasiya şəklində birləşməsini təklif edir. Bu isə yeni “böyük qardaş” həsrətində olan nadanlardır. Azərbaycanın milli dövlətçilik konsepsiyası var və müstəqillik bizim üçün ən vacib məsələdir bu sistemdə. Bütün çətinliklərə baxmayaraq, biz Rusiya hərbi bazalarını ölkəmizdən çıxarmağa müvəffəq olduq. Yalnız öz imkanlarımıza əsaslanan ordu qurduq və artıq 2016-cı ildə və bundan sonra da erməni-rus təcavüzlərinə tutarlı cavablar verdik.

Öz müdafiə sənayemizi qurduq və müstəqillik siyasəti imkan verdi ki, bir neçə ölkədən (o cümlədən İsraildən) yeni müasir silahlar, xüsusən pilotsuz uçuş aparatları, əldə edək. Yeri gəlmişkən, ilk dəfə bu tip sursatları real döyüşdə bizim ordumuz istifadə edib (2016-cı ildə). Rusiya və Ermənistan bu sahədə bizdən geridədir. Bu taktikanı götürüb və daha geniş miqyasda Türkiyə Suriyada uğurla tətbiq edib.

Bizim orduda Rusiya-Sovet istehsalı olan zirehli texnika, təyyarə və zenit raket artilleriyası silahları çoxdur. Bu təbiidir, çünki bunlar dünyada ən yaxşılar sırasındadır, həm də ordumuz üçün ənənəvi sistemlərdir. Türkiyə yalnız son bir neçə ildir özü silah istehsalı sənayesini yaradıb, buna kimi isə NATO üzvü olaraq Türkiyə bizə bir patron belə, verə bilməzdi.

(Əbülfəz Elçibəyin etirafı rolikinə bax 2,5-ci dəqiqədən)


Bir şeyi də xüsusi qeyd etmək gərəkdir: siyasi aləmdə qardaşlıq, romantik duyğular və s. məğbul yanaşma deyil. Hər ölkənin həyati maraqları mövcuddur və bu təqdirdə nə əbədi düşmən ölkə (xalq), nə əbədi dost-qardaşlıq var. Yəni bu gün rəqib olan sabah dost və əksinə ola bilər. Bu gün Türkiyədə Ərdoğan və onun partiyası hakimiyyətdədir, sabah isə CHP onu əvəz etsə, necə olacaq bizim qardaşlıq? Əhməd Davutoğlu hakimiyyətə gəlsə necə? Yenə Ermənistanla “0 problem” və sərhədləri açmaq fəaliyyəti canlansa necə? “Biz həpimiz erməniyiz”-= məsxərəsini yada salaq və s.

Türkiyədə, ümumiyyətlə qəribə bir “tolerantlıq” mövcuddur ermənilərə qarşı. Bu gün yüz minlərlə erməni qanunsuz olaraq bu ölkədə yaşayır və işləyir. Halbuki bu millətin nümayəndələri 40 artıq türk səfirini qətlə yetirib, saxta “soyqırım” uydurması ilə türk xalqına bütün aləmdə qara yaxmaqla məşğuldur, Türkiyəyə ərazi iddiası irəli sürür və s. Dünyanın bir sıra ölkəsi ermənilərin Xocalı soyqırımı törətdiyini rəsmən qəbul edib , lakin Türkiyə bu barədə hələ də bir söz deməyib...

Türklərin birləşməsi ilk növbədə erməni məsələsinə qəti və yekdil mövqe üzərində qərarlaşmalıdır. Bu millət bütün türk xalqlarına qarşı olmazın cinayətlər törətməkdədir. Ancaq hələ də ermənilər Türkiyədə, Orta Asiya ölkələrində, Tatarstanda, Başkordstanda, Şimali Qafqazda at oynadırlar. Bu “erməni virusundan” təmizlənmə olmasa, nəyə qarşı birləşəcəyik? İçimizdə bu virus yaşamağa davam etsə, birləşməyin heç bir mənəsı yoxdur!

Deyilənə görə, Türkdilli Ölkələrin Müdafiə Əməkdaşlığına dair tədbirin keçirilməsi oktyabrın axırına planlaşdırılır. Bir şey qalmayıb, görək, necə deyərlər, “xəlbir sudan nə götürür”...

İsmayıl Vəliyev



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar