Yoldaşlarının "dayı" dediyi medallı qəhrəman - FOTOLAR

04 Dekabr 2020 16:45    1796 Baxış   
Yoldaşlarının "dayı" dediyi medallı qəhrəman -  FOTOLAR

İlyas Arzuman oğlu Nəsirov - Vətən üçün canından keçərək şəhadət şərbətini içən 2783 qəhrəmanımızdan biri.

Şəhidimizin həyat yoldaşının bir arzusu var, hamı İlyas Nəsirovu tanısın, hər kəs onun qəhrəmanlığına şahid olsun.


Dominant.az İlyas Nəsirovun xanımının onun qəhrəmanlığı haqqında danışdıqlarını təqdim edir:


"Nəsirov İlyas Arzuman oğlu 4 iyul 1985-ci ildə Beyləqan rayonunun Milabad kəndində anadan olmuşdu. Vilayət Cəfərov adına Milabad kənd orta məktəbini bitirmişdi. 2002-ci ildə hərbi xidmətə yollanmış, kəşfiyyat bölüyündə xüsusi təlim keçmişdi. O illər ərzində intizamı ilə seçilən İlyas 2007-ci ildə hərbi xidməti başa vursa da, hərb sənətinə ruhən bağlılığını hiss edir və daha da mükəmməl bilgilərə sahib olmaq üçün müdavim təlimlərinə başlayır. Daha sonra N saylı hərbi hissədə kəşfiyyatçı kimi işə başlayır. İşlədiyi müddətdə kiçik çavuş rütbəsinə yiyələnir.


Kiçik çavur İlyas Nəsirov 2012-ci ildə o, "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olunub. 2013-cü il 7 mart tarixində "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi", 2013-cü il 24 iyunda "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi", 2018-ci il 26 iyunda "Azərbayan Ordusunun 100 illiyi" ilə əlaqədar yubiley medalları ilə mükafatlandırılıb. 2016-cı ildə "Qüsursuz hərbi xidmətə görə" 3-cü dərəcəli medala layiq görülüb.


İlyas vaxtının çox hissəsini gecə kəsfiyyatı təlimlərinə sərf edirdi. Aprel döyüşlərində yaralı komandirini mühasirədən xilas etmişdi. Bu kimi başqa igidlikləri çox olsa da, heç vaxt özü haqda danışmağı sevməzdi. Həmyaşıdları, özündən yaşca böyük yoldaşları ona "dayı" deyə müraciət edirdilər. Çox sadə və mərd insan idi. Həmişə özündən başqalarını daha çox düşünürdü.



O, Aprel döyüşlərində göstərdiyi şücayətə görə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 aprel tarixli 1967-ci nömrəli sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif olunmuşdu və bu mükafatı ona İlham Əliyev şəxsən özü təqdim etmişdi.



Vətən müharibəsində də İlyas bir an belə geri çəkilmədi, həmişə peşəkar kəşfiyyatçı kimi öndə getdi. Cəbrayıldan başlayaraq Xankəndi, Şuşa istiqamətində gedən qızğın döyüşlərdə iştirak etdi. İlyas 21 oktyabr 2020-ci ildə ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALDI".



ALLAH RƏHMƏT ELƏSİN!

3 övladı əmanət qaldı...



Fəridə Rüstəmova



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar