Valideynlərini itirmiş uşaqların təhsil haqqını dövlət ödəyəcək

24 Noyabr 2020 21:38    513 Baxış   
Valideynlərini itirmiş uşaqların təhsil haqqını dövlət ödəyəcək

Prezident İlham Əliyev “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Dominant.az xəbər verir ki, qanuna əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilirdi.

Dəyişikliyə əsasən, artıq valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar da övladlığa götürüldükdə də bu hüququ özlərində saxlayacaqlar.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar