Xalq artisti EAPCA tərəfindən “Medal of Honor” mükafatına layiq görüldü - FOTO

22:28    259 Baxış   
Xalq artisti EAPCA tərəfindən “Medal of Honor” mükafatına layiq görüldü -  FOTO

Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Anaxanım Etibar qızı Tağıyeva (Azərin) Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurası (EAPCA) tərəfindən nüfuzlu “Medal of Honor” mükafatı ilə təltif olunub.

Dominant.az xəbər verir ki, bu barədə qərar EAPCA-nın Baş katibi Sahil Qasımov tərəfindən imzalanıb. Sənəddə bildirilir ki, Azərin Tağıyeva Azərbaycan musiqi mədəniyyətinin inkişafına verdiyi dəyərli töhfələrə, həmçinin Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində göstərdiyi xidmətlərə görə bu yüksək mükafata layiq görülüb.

Rəsmi qərarda qeyd olunur ki, təltif sənətkarın 55 illik yubileyi münasibətilə təqdim edilib.

Qeyd edək ki, Azərin Tağıyeva uzun illərdir Azərbaycan milli musiqisinin və vətənpərvərlik ruhunun təbliği istiqamətində fəaliyyət göstərən sənətçilərdən biri kimi tanınır. Onun yaradıcılığı həm ölkə daxilində, həm də beynəlxalq platformalarda yüksək qiymətləndirilir.

Sənəd Amsterdam şəhərində 09.05.2026-cı il tarixində rəsmiləşdirilib.





Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar