Yaşayış minimumu 210 manat həddində təsdiqləndi

24 Noyabr 2021 11:15    335 Baxış   
Yaşayış minimumu 210 manat həddində təsdiqləndi

Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu təsdiq edilib.

Dominant.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Belə ki, 2022-ci il üçün yaşayış minimumunun ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilməsi təklif edilib.

Məsələ səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar