Zəlzələdən zərərçəkənlərə paltosunu göndərən Şəlalə Osmanova danışdı – VİDEO

25 Fevral 2023 23:27    3099 Baxış   
Zəlzələdən zərərçəkənlərə paltosunu göndərən Şəlalə Osmanova danışdı – VİDEO

Zəlzələnin ilk həftəsində sosial mediada yayılan görüntü milyonlarla insanı təsirləndirdi. Azərbaycanda bir ailə zəlzələdən zərərçəkənlər üçün topladıqları yardımı mərkəzə gətirib, sonra yardımı gətirən qadın paltosunu çıxarıb yardıma əlavə edib.

Həmin qadın Şəlalə Osmanova idi.

Qəbələ rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyən Şəlalə Osmanova zəlzələ xəbərini eşidən kimi hərəkətə keçib. O, soyuğa baxmayaraq, avtomobilini zəruri əşyalarla doldurduqdan sonra paltosunu da çıxarıb.

“Biz də hamı kimi əlimizdən gəldiyi qədər kömək etmək istədik. Hər kəs kimi biz də kiçik də olsa, əlimizdən gələni etdik. Ürəyimdən gələn bir şeydi. Bir anlıq dedim ki, bu paltonu da verəcəm. Biz bir millət, iki dövlətik”, - deyə Şəlalə xanım bildirib.

Osmanova imkanı çatdıqca köməklik etməyə davam edəcəyini də vurğulayır.


Mənbə: TRT


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar