ADAU Silahlı Qüvvələrə Yardım Fonduna 40 min manat ianə etdi

01 Oktyabr 2020 18:26    442 Baxış   
ADAU Silahlı Qüvvələrə Yardım Fonduna 40 min manat ianə etdi
Sentyabrın 27-si səhər saatlarından başlayan Azərbaycan torpaqları uğrunda döyüşlər artıq 5 gündür ki, davam edir. Ermənilər tərəfindən işğal olunan ərazilərin geri qaytarılması uğrunda gedən döyüşlər, Azərbaycan ordusunun düşmən üzərindəki üstünlükəri xalqda böyük ruh yüksəkliyi yaradır.

Orduya dəstək məqsədilə xalq könüllü səfərbərliyə gedir, əsgərlərin ərzaq, su və s. ehtiyaclarını ödəmək üçün yardımlar edir, yaralılara kömək üçün qan verməyə çalışırlar. Bunlarla yanaşı, ölkəmizdə fəaliyyət göstərən hökumət və qeyri-hökumət müəssisələri, şirkətlər və s. də Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianələr etməklə ordumuza və dövlətimizə dəstək kampaniyasını həyata keçirirlər.

Dominant.az xəbər verir ki, bu nəcib təşəbbüsə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) də qoşulub.

ADAU Silahlı Qüvvələrə Yardım Fonduna 40 min manat məbləğində vəsait köçürüb.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar