Dövlət Suverenliyi Günü münasibətilə 20 sentyabr 2025-ci il tarixində saat Sumqayıt şəhərində yerləşən BAKI ŞADLIQ SARAYINDA Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə tədbir keçrilib.
Dominant.az xəbər verir ki, tədbirdə 2024/2025-ci tədris ilində Yardımlı rayonu üzrə Təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin tələbə adını qazanan məzunlar, onların valideynləri və təhsil işçiləri gənclərlə görüşün təşkilinə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Tələbələr onlara bəslənən ümidləri əməli işləri ilə cavab verəcəklərini, ixtisasları üzrə elmin sirlərinə dərindən yiyələnərək vətənimiz üçün layiqli mütəxəssislər,kadrlar olacaqlarını bildiriblər.
Görüşdə iştirak edən elm və mədəniyyət adamları, xeyriyyəçi iş adamları tələbələri səmimi qəlbdən təbrik edib, onlara yenicə qədəm qoyduqları müstəqil həyatda daha böyük uğurlar, cansağlığı və xoşbəxtlik arzulayıblar.
Sonda tələbə adını qazanan məzunlar hədiyyələrlə, fəxri fərman və təşəkkürnamələrlə mükafatlandırılıblar.