Anar Əsədli Türk Dünyası Parlamentarilər Birliyinin Başqanı ilə görüşüb

30 Yanvar 2021 16:33    397 Baxış   
Anar Əsədli Türk Dünyası Parlamentarilər Birliyinin Başqanı ilə görüşüb

Ankarada səfərdə olan Azərbaycan Yüksəliş (AY) Partiyasının Başqanı Anar Əsədli Türk Dünyası Parlamentarilər Birliyinin Başqanı, Türkiyə Böyük Millət Məclisinin sabiq üzvü Nail Çələbi ilə görüşüblər.

Görüşdə AY Partiya Başqanının Birinci müavini – partiyanın İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov, müavini Elşad Abdullayev, məsləhətçisi Rza Heyət və incəsənət xadimi, rəssam Mustafa Göral iştirak ediblər.

Görüş sırasında Türk dövlətlərində parlamentlərin siyasi həyatdakı rolu və əhəmiyyəti, parlamentlər arasında dostluq qruplarının işinin vacibliyi, parlamentlərimizdə təmsil olunan və olunmayan siyasi partiyalarımız arasında əməkdaşlığın yeni mərhələsi və gücləndirilməsinin yolları haqqında fikir mübadiləsi aparılıb.

Tərəflər AY Partiya ilə Birlik arasında davamlı əməkdaşlığa dair razılığa gəliblər.





Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar