AY Partiya başqanının Ankarada görüşləri davam edir

03 Fevral 2021 21:41    225 Baxış   
 AY Partiya başqanının Ankarada görüşləri davam edir

Azərbaycan Yüksəliş (AY) Partiyasının Başqanı Anar Əsədli Ankarada Türk Ocaqları Başqanı Mehmet Öz ilə görüşüb.

Görüşdə AY Partiya Başqanının Birinci müavini – partiyanın İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov, Başqanın müavini Elşad Abdullayev və Başqanın məsləhətçisi Rza Heyət, Türk Ocaqlarının Baş Katibi Emrah Şenel iştirak ediblər.

Türk Ocaqlarının Başqanı qeyd edib ki, Türkiyə tək ürək, tək yumruq olub, Azərbaycanın 44 günlük Vətən Müharibəsini diqqətlə izləyib, sonda qazanılmış zəfərə isə ən az Azərbaycan xaqlı qədər sevinib. Türk Ocaqları kiçik də olsa, yardımlar göndərib.

AY Partiya Başqanı isə vurğulayıb ki, Türk Ocaqları daim Türk milliyyətçiləri üçün bir fikir, idrak, intellektual miras ocağı olub. Bu mənada hər iki qurumun yaxın gələcəkdə birlikdə yeni layihələr üzərində işləməsi üçün hazır olduğunu deyən AY Partiya Başqanı qısa zamanda təkrar görüşüb müzakirələr aparmağın faydalı olacağını dilə gətirib.
Tərəflər qərara gəliblər ki, hər iki qurumun işçi heyətləri arasında daimi əlaqələr yaradılsın.
Mehmet Öz AY Partiya Başqanına dərgi və kitab hədiyyə edib.

Anar Əsədli Avrasiya Yazarlar Birliyinin (AYB) Başqanı Yaqub Öməroğu ilə də görüşüb.

Görüşdə AY Partiya Başqanının Birinci müavini – partiyanın İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov, Başqanın müavini Elşad Abdullayev və Başqanın məsləhətçisi Rza Heyət iştirak ediblər.

Görüş zamanı AY Partiyanın müvafiq şöbələrinin AYB ilə əməkdaşlığının perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

AYB Başqanı qeyd edib ki, Azərbaycan insanı Türkiyəni çox yaxından tanıdığı halda, Türkiyədəki insanlar Türk Dünyasının problemlərini bəzən çox dərindən bilmirlər. Bu mənada AYB olaraq bir çox sahədə işlər görülür ki, sadə vətəndaşlar da, yazıçılar da Türk Dünyasını dərindən tanısınlar.

AY Partiya Başqanı isə öz növbəsində Yagub bəyə bu çətin yolda göstərdiyi fədakarlığından dolayı təşəkkür edib və birgə əməkdaşlığa açıq olduğunu bildirib.

Görüş vaxtı Azərbaycanın Tarixi Torpaqlarının Araşdırılması və Öyrənilməsi Mərkəzinin Avrasiya Yazarlar Birliyi ilə əməkdaşlıından söz açılıb, fəaliyyətlərin koordinasiyası haqqında niyyət ortaqlığı nümayiş etdirilib.

Görüşün sonunda AYB Başqanı qonaqlara kitablar və dərgilər hədiyyə edib.





Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar