AYP başqanının Türkiyədə görüşləri davam edir

28 Yanvar 2021 19:11    267 Baxış   
AYP başqanının Türkiyədə görüşləri davam edir

Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli bu gün Ankarada KON TV kanalının qonağı olub.

AY Partiya Başqanı “Ankara konuşuyor” proqramında Azərbaycanın zəfəri ilə başa çatan 44 Vətən Müharibəsi, post-müharibə dövründə atılmalı addımlar, Azərbaycan-Türkiyənin yüksək səviyyəli əlaqələrinin Türk Dünyasını əhatə etməsi üçün görülməsi vacib olan işlər, Türk dövlətlərinin siyasi partiyalarının arasında əlaqələrdən danışılıb.

Anar Əsədli, həmçinin Rusiyanın, İranın bölgədəki təsiri, digər mövzularda suallar cavablandırıb.


Azərbaycan Yüksəliş (AY) Partiyasının Başqanı Anar Əsədli, Başqanın Birinci müavini – partiyanın İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov, Başqan müavini Elşad Abdullayev və Başqanın məsləhətçisi Rza Heyət bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) millət vəkili, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrımla da görüşüblər.

Görüşdə 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana dəstəyindən danışılıb, Şamil Ayrımın bu məsələlərdə rolunun böyük olduğu vurğulanıb.
Görüş zamanı iki ölkənin siyasi partiyaları arasında münasibətlərə diqqət çəkilib, bu əlaqələrin perspektivi barədə fikir mübadiləsi aparılıb.

AY Partiya Başqanı Şamil Ayrıma Azərbaycan bayrağı və Vətən müharibəsinin simvolu olan Xarı bülbül nişanı təqdim edib.









Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar