"Azərbaycan hökuməti İrana öz rəsmi etirazını bildirməli və izahat tələb etməlidir"

30 Sentyabr 2020 17:10    471 Baxış   
"Azərbaycan hökuməti İrana öz rəsmi etirazını bildirməli və izahat tələb etməlidir"
"“Müsəlman qardaşımız” İranın indiki şəraitdə Ermənistana intensiv olaraq silah daşımasının adı XƏYANƏTdən başqa bir şey deyildir".

Dominant.az xəbər verir ki, bunu professor Qulu Məhərrəmli deyib.

"Bu ölkənin Şərqi Azərbaycan vilayətinin qubernator müavini Aliyar Rastgu, bu gün canlı yayımda silahların hansı yol ilə daşındığını açıqlayıb. Həmçinin, silahları daşıyan şirkətin nümayəndəsi də Şimaldan gələn silah və hərbi texnika dolu 640 ədəd Kamazın Ənzəli limanından Norduz sərhəd keçid məntəqəsinə aparılacağını bildirib. Yerli əhali bu addıma etiraz edərək yolları dağıdır... Əlbəttə, silah karvanları Tehranın ermənilərə yardımının yalnız bir tərəfidir. İranın həm öz arsenalından, həm də Suriyadakı silahlardan Qarabağa göndərdiyini istisna etmək olmaz", - deyə Q.Məhərrəmli qeyd edib.


Professorun fikrincə, Azərbaycan hökuməti İrana etiraz etməlidir: "Digər tərəfdən, rus mediası yazır ki, artıq İran Qarabağla sərhədə tanklar yığır. Tehran bununla həm “mən də varam” deyir, həm də bölgədəki azərbaycanlıları qorxutmaq istəyir. Bizcə, göstərilən qeyri-dost davranışlarla bağlı Azərbaycan hökuməti İrana öz rəsmi etirazını bildirməli və izahat tələb etməlidir".



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar