Azərbaycan Mərkəz Partiyasının sədri Saleh Kamrani beynəlxalq vebinarda çıxış edib

22 Oktyabr 2020 17:13    423 Baxış   
Azərbaycan Mərkəz Partiyasının sədri Saleh Kamrani beynəlxalq vebinarda çıxış edib

Brüsseldə azlıqların müdafiəsi üzrə Avropa Assosiasiyası İranda iqtisadi-siyasi çətinliklər, mövcud vəziyyət və bu ölkənin Dağlıq Qarabağ məsələsinə münasibəti ilə bağlı vebinar təşkil edib. Mediapress.az-ın məlumatına görə, seminarda Azərbaycan Mərkəz Partiyasının sədri, insan haqları müdafiəçisi Saleh Kamrani məruzə ilə çıxış edib.

Çıxışdan bir hissəni təqdim edirik:

“İran hökümətinin fəaliyyət strategiyasındakı çatışmazlıqlar, iqtisadi-siyasi islahatların uğursuzluğu, koronavirus böhranı xalqın haqlı narazılığına səbəb olur. Ölkə idarəçiliyindəki problemlər Amerika ilə ikitərəfli münasibətlərin gərginliyinə, büdcə gəlirlərinin zəifləməsinə, daxili münaqişə və qarşıdurmalara imkan yaradıb. İranda etnik, dini və məzhəb cəhətdən fəallaşma birliyin qorumasını praktik olaraq mümkünsüzləşdirdi. Son 40 ildə türklər İslam İnqilabının qələbəsindəki fəal iştirakı baxımından yavaş-yavaş mərkəzdən ayrılmağa çalışmaqla İranın ən güclü mərkəzçi olmayan cərəyanı rolunu oynayır. İran türkləri ərazidə yayğın və demoqrafik birləşmə baxımından İranın ən güclü siyasi və sosial cərəyanıdır. Türk cəmiyyətinin gücünü və təsirini inkar etmək İranın bugünkü həqiqətlərini inkar etmək deməkdir.

Beləliklə, mövcud vəziyyətdə, İranın bu günü və gələcəyi üçün hər hansı bir ssenari və qərarda türklərin rəyini və razılığını cəlb etmək zəruridir. İranın parçalanması millətin yalnız bir hökumət quruluşundan uzaqlaşması ilə məhdudlaşmır. Xalqın islahatlardan və iqtidarın səmərəsizliyindən məyus olması İran xalqının mövcud idarəçilik sistemini dəyişdirmək fikrinin də formalaşmasına imkan yaradıb. Məlumdur ki, Azərbaycan-Ermənistan arasında gedən Dağlıq Qarabağ münaqişəsində İran hökümətinin mövqeyi güney azərbaycanlıların etirazına səbəb olub ki, bu da bölgədə gərginliyin daha da şiddətlənməsinə yol açıb.

Məlum olduğu kimi İran, Livandan Yəmənə və Suriyaya qədər bölgədəki vəkil qüvvələrinin varlığı və birbaşa dəstəyi ilə böyük bir hərbi texnika istehlakına sahibdir. Bu məqsədlə Ermənistanın Azərbaycan ordusuna qarşı məğlubiyyəti və geri çəkilməsi nəzərə alınaraq, İrəvandakı hərbi texnikalara təcili ehtiyacını inkar etmək olmaz. Ermənistan da dəfələrlə İranla ən yüksək səviyyədə hərbi əməkdaşlığa hazır olduğunu, hətta israr etdiyini bildirdi. İran silahlarının alqı-satqısına qoyulan embarqo götürüldükdən sonra, Ermənistan İctimai Radiosunun Fars bölməsi İran raket sisteminin cəlbediciliyindən yazaraq, İran İslam Respublikasına qoyulmuş embarqonun qaldırılmasını vurğulayıb.

Ermənistan İctimai Radiosu da İslam İnqilabı Keşikçiləri Korpusuna yaxın olan insanları nümunə gətirərək, 2019-cu ildə ABŞ-ın bir pilotsuz təyyarəsini vurmuş İranın raket hava hücumundan müdafiə sistemini almağın mümkün olduğunu söyləyib. Ermənistana bağlı xəbər agentliyi sistemin Türkiyə və İsraildən satın alınan Azərbaycan hərbi pilotsuz təyyarələri qarşısında uğurla işləyəcəyinə ümid etdiyini bildirib. Qeyd etmək lazımdır ki, Tehranla İrəvan arasındakı sıx münasibət, habelə İranın müxtəlif səbəblərə görə Azərbaycanı məğlub etmək üçün güclü istəyi, adı çəkilən avadanlıqların bu məqalənin yazılan vaxta qədər göndərilməsi ehtimalı çox da gözlənilməz deyil.

Ermənistanın İran sərhədinə yaxın İranın raketdən müdafiə sisteminə çıxışı və NATO standartlarına da cavab verən Türkiyə istehsalı olan təyyarələrə qarşı istifadəsi Tehran hökumətinə xüsusi təcrübə qazandırır. Unutmaq olmaz ki, İran Qərbdəki erməni lobbisinin və diasporasının imkanlarını və təsirlərini yaxşı bilir və məqsədlərinə çatmaq üçün bundan maksimum dərəcədə istifadə edəcəkdir. Sirr deyil ki, İran Qərbdəki və Şərqdəki erməni lobbisinin sanksiyalardan yayınmaq və ona qarşı siyasi təzyiqləri azaltmaq üçün imkanlarından istifadə etdi. Dağlıq Qarabağ müharibəsi ilə silah embarqosunun qaldırılmasının simmetriyası və Ermənistanın başqalarının köməyinə ehtiyacı İranın Qafqazda nüfuzunu çox asanlaşdırdı. Qərbin erməni lobbisi ilə əməkdaşlığı və Qarabağın Ermənistan tərəfindən işğalının davam etməsi ilə bağlı susması İran İslam Respublikasının bölgədəki şərtlərini gücləndirdi. Lakin oktyabr 1-i və 18-də Güney Azərbaycanın mərkəzi şəhərlərində kütləvi etiraz nümayişlərinin keçirilməsi İranın Azərbaycana münasibətində qismən dəyişikliklərə təkan verdi. Beləliklə, İranın regionda ölkələrarası əlaqə və münasibətləri ölkənin idarəçilik sisteminin fəaliyyət strategiyası fonunda bütün mövqelərini açıq şəkildə göstərir”.

Kaynak Linki = https://www.daim.az/haber/saleh-kamrani-beynelxalq-vebinarda-cixis-edib-3150



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar