Azərbaycanın Fransadakı səfirindən Makrona sillə kimi cavab

01 Oktyabr 2020 19:02    510 Baxış   
Azərbaycanın Fransadakı səfirindən Makrona sillə kimi cavab
Azərbaycan ordusunun Ermənistanın təxribatlarına cavab olaraq başlatdığı əks hücum tam sürətlə davam edərkən, bəzi ermənipərəst ölkələr işğalçı Ermənistanı açıq şəkildə dəstəkləyir. Fransa da bu ölkələrin sırasndadır.

Azərbaycan ərazilərini işğal edən Ermənistana hər platformadan dəstək verəcəklərini açıqlayan Fransa prezidenti Emmanuel Makron "Twitter" hesabında Ermənistanı dəstəkləyən paylaşım edib. Makron, “Hamımız birlikdə müqavimət göstərəcəyik. Buna əmin olun”, - deyə yazıb.

Dominant.az xəbər verir ki, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevin Makrona cavabı gecikməyib.

Səfir Mustafayev Makrona belə cavab verib: "Təşəkkür edirəm cənab Prezident! Azərbaycanla Fransa separatizmə və təcavüz siyasətinə qarşı mübarizədə birlikdədir və həmişə birlikdə olacaq".




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar