Azərbaycanın Qalatasaraylı şəhid və qaziləri - FOTOLAR/VİDEO

28 Noyabr 2020 14:23    1181 Baxış   
Azərbaycanın Qalatasaraylı şəhid və qaziləri -  FOTOLAR/VİDEO

Canım fəda olsun sana!

Dostlarım bilir ki, mən Türkiyənin Qalatasaray futbol klubunun fanatıyam. Bu günlərdə savaşda şəhid olan aslan igidimiz Fərid Dursunovu dəfn etdik. Şəhidin son sözü “məzarımın üstünə Qalatasaray bayrağı asılsın” idi. Yerinə yetirildi. UltrAslan dünən Qaxa gedib şəhid məzarını ziyarət etdi, adına yazılmış formanı və gül çələngini məzara qoyub qayıtdı. Qalatasaraylılar vəfa borcunu yerinə yetirdi. Hər zamankı kimi.

Təəssüf ki, Fərid tək deyil. Fanatlardan daha 3 əsgərimiz şəhid olub. Bunlar:

Hüseyn Həmidov.


Məmmədzadə Murad.

Məhəmmədəli İbrahimli (hələ də nəşi tapılmayıb).

UltrAslan Azad Azarkeş qrupunun könüllü cəbhəyə gedən üzvlərinin sayı çox olub. Şəxsən tanıdığım Elmir Murquzov, Həmizdzadə Hüseyn, Əliyev Səyyad, Nəzərli Ziya və adlarını xatırlamadığım 30-a yaxın qazimiz var.

Nədir bu gəncləri birləşdirən? Varlı-kasıb, elmi dərəcəli - 8 sinif təhsilli, heç kimə və heç nəyə fərq qoyulmayan bu qədər vətənsevər gənci birləşdirən tək dəyər Qalatasaray kültürü, Türk-Turan sevdası və Bütöv Azərbaycançılıq ideyasıdır.

Qalatasaray kültürünün 539 yaşı var. Bu günkü adıyla Qalatasaray, 1481-ci ildə Osmanlı Sultanı II Bəyazid tərəfindən Qalata Saray adıyla, bir Enderun məktəbi olaraq qurulub. Məqsəd Osmanlı hanədanı üçün eğitimli kadrlar yetişdirmək olub. Qalata Saray məktəbi bugün Qalatasaray Universitetinin yerləşdiyi binada qurulub. Sonralar Lisəyə və Universitetə çevrilən bu məktəb Türkiyədə Avropa mədəniyyətinin əsas daşıyıcısı olub. Elə indi də elədir. Qalatasaray dedikdə hər kəs “Avropalı” düşünür.

“Çağdaş Türkiyəni dünyada tanıdan iki brend nədir?” soruşsaz, istənilən ölkədə iki ad çəkərlər. Atatürk və Qalatasaray. Qalatasaray Lisəsinin nəzdində, 1905-ci ildə Ali Sami Yen və dostları Galatasaray FK qurdular. Klubu yaradarkən dedilər ki, “Məqsədimiz türk olmayan taqımları yenməkdir”. O gün bu gün, 115 ildir, Galatasaray Futbol Klubu, Türkiyənin ən çox çempion olan komandası (22 dəfə), Avropada UEFA və Superkubok qazanmlş tək və ən titullu türk komandası, bütün türk dünyasının qürururdur.

Ölkəmizdə 17 ildir ki, Qalatasarayın UltrAslan Azad Azarkeş fanqrupu fəaliyyət göstərir. Yağış-qar, gecə-gündüz demədən, dünyanın o biri ucuna piyada getmək hesabına da olsa, sevimli taqımlarını dəstəkləyirlər. Galatasaylılıq bir futbol həvəsi deyil, bir tutqudur, bir emosiya partlamasıdır. Galatasaraylılar başqa takım oyunlarına, demək olar ki, baxmazlar. Bir Galatasaraylı üçün həftə iki yerə bölünür. Maça qədər və maç günü.

Azərbaycanda aktiv futbol azarkeşlərinin böyük hissəsi Qalatasaraylıdır. Bu rəqəm ən azı 350-400 min azarkeş deməkdir. UltrAslan Azərbaycanın 2000-dən çox aktiv üzvü, bölgələrdə filialları var. Azərbaycan Aslanları FB səhifəsinin 10000-dən çox üzvü var.

Tarixən, UltrAslan Azərbaycan qurucuları və əsas gücü əslən Qarabağdan olan gənclər olub. Bu günkü İmarət fanklubunun qurucuları, ilk tribuna liderləri də Qalatasaraylılar olub. Azərbaycan Millisinin oyunlarında əsas güc göstərisi, adətən bu azarkeş qrupu olur. Qarabağ və Qalatasaray FK arsında dostluğun əsas səbəbi də budur.

Qalatasaray FK 27 üzvü Cümhuriyyət uğrunda şəhid olub. Bu gün 4 Qalatasaray sevdalısı Qarabağ uğrunda şəhid oldu, 30-a yaxın qazimiz var. Vətən sağ olsun. Dünya durduqca nə Qalatasaray bitər, nə bu sevda. Hər zaman türk-turan sevdalıları bu millətin bağrından çıxacaq və qanını vətən uğruna tökəcək. Bu günkü kimi.

AzərbayCan sağ olsun! Türkiyə sağ olsun! Turan ellər var olsun!

Azərbaycana və Qalatasaraya canımız fəda olsun!

Müşfiq Hüseynov, həkim farmakoloq

Dominant.az Qalatasaray sevdalısı şəhidimiz Murad Məmmədovun son səsyazısını təqdim edir. Qeyd edək kibbutz, klubun növbəti matçlarının birində Muradın şəhid olmamışdan öncə dediyi son sözləri səsləndiriləcək.








Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar