“Azəriqaz”ın baş direktoru limitlərdən danışdı

24 Dekabr 2021 13:25    361 Baxış   
“Azəriqaz”ın baş direktoru limitlərdən danışdı

“Bu gün Azərbaycanda 2500 kubmetrə qədər qazın orta qiyməti 15-16 qəpik arasındadır”.

Oxu.Az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev məlumat verib.

O, tarif bölgüsü ilə bağlı sualı cavablandırarkən bildirib ki, ölkədə ümumi 2 400 000 abonent varsa, onların 2 300 000-u əhali kateqoriyasındadır və hazırda tətbiq edilən tarifin özü sosial yönümlüdür:

“Bütün abonentlər üçün Tarif Şurası tərəfindən təsdiq olunmuş tarif mövcuddur. Qazın sərfiyyatı 1200 kubmetrə qədər 1 kubmetr üçün 12 qəpik, 2500 kubmetrə qədər 1 kub üçün 12 qəpikdir. Qeyri-əhali kateqoriyası üzrə isə qiymət tam fərqlidir - 20, 22, 25 qəpik”.

Baş direktor qeyd edib ki, qeyri-əhali üzrə qazın az və ya çox işlədilməsinin fərqi yoxdur:

“Ümumiyyətlə, əhali ilə qeyri-əhali abonentləri arasının qaz sərfiyyatının biri-birinə aidiyyəti yoxdur. Hər bir abonent sayğaca uyğun ödəniş edir və limiti keçdikdə də ona uyğun ödəniş edir. Bu tarif özü sosial yönümlüdür”.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar