Bağırov körpüsündə hərəkət dayandırıldı

27 Noyabr 2021 13:30    625 Baxış   
Bağırov körpüsündə hərəkət dayandırıldı

Heydər Əliyev prospektində yerləşən Bağırov tunelində hərəkət tamamilə dayandırılıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Modern.az-a bildirib ki, buna görə də Heydər Əliyev prospektində hərəkət yalnız üzü şəhər istiqamətində mümkündür:

"Belə ki, bu yolda hərəkət 5 saylı Asan Xidmətin qarşısından keçməklə birbaşa Heydər Əliyev prospekti şəhər istiqaməti ilə orta zolağa yönəlib. Qeyd edək ki, təmir tikinti işləri bu gün və sabah, işlər bitənədək davam edəcək.

Eyni zamanda Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsindən üzü mikrorayon və Memar Əcəmi metrostansiyası istiqamətinə gedən körpüdə də hərəkət tam məhdudlaşdırılıb. Sürücülər müvəqqəti olaraq, yalnız tunellə hərəkət edə bilərlər. Həmçinin əskinə getmək istəyənlər də körpüyə daxil olmadan sağ zolaqla hərəkət etsinlər".

"Hazırda həmin ərazilərdə yol patrul xidməti əməkdaşları nizamlıyıcı qismində xidmət apararaq, nəqliyyatın hərəkətini istiqamətləndirir. Vətəndaşlardan xahiş edirik ki, mümkün qədər adı çəkilən küçə və prospektlərdə şəxsi avtomobillərdən istifadə etməsinlər. Əvvəlcədən hərəkət istiqamətlərini düzgün qiymətləndirib, hərəkətlərinə davam etsinlər", - deyə DYP rəsmisi bildirib.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar