Bakı metrosunda gediş haqqı ilə bağlı yenilik

06 Aprelel 2021 14:45    876 Baxış   
Bakı metrosunda gediş haqqı ilə bağlı yenilik

Bakı metropoliteninin sərnişinləri gediş haqlarını QR-kod vasitəsilə həyata keçirə biləcəklər.

Dominant.az-ın məlumatına görə, bunu "Baku Transit Forum 2021 Smart City" tədbirində çıxış edən "Bakı Metropoliteni" QSC-nin işarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov deyib.

Onun sözlərinə görə, bu və digər növ ödənişlərin həyata keçirməsinə imkan yaradan yeni sistemin qoşulması istiqamətində sınaqlar aparılıb və müsbət nəticələr əldə olunub.

"Metropolitenin fəaliyyətinin bərpasından sonra bu imkanlar istifadəçilərin ixtiyarına veriləcək", - deyə E. Məmmədov qeyd edib.

(pravda.az)


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar