Bakının bu yollarından keçməyin - Polisdən XƏBƏRDARLIQ

24 Fevral 2021 12:21    341 Baxış   
Bakının bu yollarından keçməyin -  Polisdən XƏBƏRDARLIQ

Bakıda bəzi ərazilərdə yollarda avtomobillərin hərəkəti çətinləşib.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

“Hazırda “20 Yanvar” ərazisindəki körpü, Biləcəri enişi, Sumqayıt istiqamətində olan Avtovağzalın yanı, ən hündür ərazi hesab olunan Yasamal, Günəşli, III kənar dairəvi yollarda avtomobillərin hərəkəti çətinləşib. İndiyə qədər Bakıda 26 yol qəzası qeydə alınıb”, - deyə Vaqif Əsədov bildirib.

O həmçinin əlavə edib ki, paytaxtın inzibati ərazisində bütün küçə və prospektlərdə DYPİ-nin əməkdaşları tərəfindən nəzarətə götürülüb:

“Yolların təmizlənməsi, Bakı Şəhər İcra Hakimiyyəti, AAYDA-nın xüsusi teknikaları ilə həyata keçirilsə də, bəzi ərazilərdə, xüsusilə enişli-yoxuşlu, sərt döngələrdə avtomobillərin sürüşmə ehtimalı var”.

Yol polisi vətəndaşlara müraciət edib:

“Vətəndaşlarımızdan xahiş edirik ki, ictimai nəqliyyata üstünlük versinlər. Yollarda sürücülər sürət həddini minimuma endirilməli, ara məsafəsini normadan artıq saxlamalı, sürüşmə ehtimalı çox olan yerlərdə təkərlərin təzyiqini nisbətən azaltmalı, avtomobilin dayandırılması və hərəkətə gətirilməsini sürətlər qutusunun hesabına həyata keçirməlidirlər.

Piyadalara və sərnişinlərə də müraciət edirik ki, yolların hərəkət hissəsinə çıxmaq olmaz. Sərnişinlər təhlükəsizlik kəmərlərindən istifadə etməlidirlər.

Sürücülər ara məsafəsi saxlamalıdırlar, sürət həddini aşağı salmalıdırlar. Hava şəraitindən asılı olmayaraq dövlət nömrə nişanının görünməsi təmin edilməlidir. İşıq cihazları təmiz saxlanılmalıdır”.

Qeyd edək ki, əvvəlcədən verilən proqnozlara görə, Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamdan 25-i səhərədək havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23-28 m/s, fevralın 24-də yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcək.

Fevralın 24-25-də havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcəyi, 0-3 dərəcə şaxta olacağı gözlənilir. Yolların buz bağlayacağı ehtimal olunur.

Baku.ws


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar