Baş nazirdən internet provayderləri ilə bağlı qərara DƏYİŞİKLİK

10 İyun 2021 19:41    883 Baxış   
Baş nazirdən internet provayderləri ilə bağlı qərara  DƏYİŞİKLİK

Nazirlər Kabineti internet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydasında dəyişiklik edib.

Dominant.az xəbər verir ki, bununla bağlı müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Qərar internet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması sahəsində dövlət tənzimlənməsinin həyata keçirilməsi üzrə fəaliyyətin effektivliyini və operativlik səviyyəsini artırmaq məqsədilə qəbul edilib.

Qərarın qəbul edilməsi internet telekommunikasiya xidmətlərini göstərən subyektlərin uçot prosesinin müasir tələblərə uyğun olaraq təkmilləşdirilməsinə, habelə normativ hüquqi akta əsaslanan uçota alınma üzrə prosedurların işlək mexanizm kimi tətbiqinin təmin olunmasına xidmət edəcək.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar