BDU-nun dekanı koronavirusdan vəfat etdi

25 Noyabr 2020 18:12    350 Baxış   
BDU-nun dekanı koronavirusdan vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov vəfat edib.


Dominant.az-a BDU-dan verilən məlumata görə, M.Ramazanov 62 yaşında koronavirusdan dünyasını dəyişib.

M.Ramazanov 1975-1980-ci illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb. O 2005-ci ildən BDU-da pedaqoji fəaliyyətə başlayaraq Nanoaraşdırmalar Mərkəzinin rəhbəri təyin edilib.

Dünya elminin prioritet istiqamətlərindən biri olan nanotexnologiya sahəsində bir sıra maraqlı elmi-tədqiqat işləri aparıb. 2012-ci ildən Fizika fakültəsinin dekanı idi.

Allah rəhmət eləsin!



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar