“Biz gedirik Zəngilana” - VİDEO

29 Oktyabr 2020 18:29    748 Baxış   
 “Biz gedirik Zəngilana” -  VİDEO

Siyasətçi Anar Əsədli və komandası Zəngilan rayonunun işğal tarixindən əvvəl azad edilməsinə həsr olunan videomaterial hazırlayıb.

Anar Əsədli videomaterialın ərsəyə gəlməsi haqqında bunları deyib:

“27 ildən sonra ilk dəfə oktyabrın 29-unu Zəngilanın işğal tarixi kimi qeyd etmirik. Bu utanc tarixinin yerini 20 oktyabr – qürur günü aldı. Bu tarixi günə özəl olaraq bir videomaterial hazırladıq. Layihədə hər iki tarixlə bağlı görüntülər yer alıb".

"Bu gün fəxr edirik ki, Zəngilanla birlikdə Cəbrayılımızın, Füzulimizin, Qubadlımızın da bayram kimi qeyd edəcəkləri tarixləri var. Əminik ki, Laçınımızın, Kəlbəcərimizin, Ağdamımızın, bütünlükdə Qarabağımızın qürurla qeyd edəcəkləri tarixlər çox uzaqda deyil”, - Anar Əsədli bildirib.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar