Bu şəxslərin müavinətləri artacaq - Açıqlama

02 İyun 2021 19:11    899 Baxış   
Bu şəxslərin müavinətləri artacaq -  Açıqlama

Əlilliyi müəyyən edilmiş uşaqların müavinətləri artacaq.

Dominant.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

M. Quliyev deyib ki, bu gün Əmək və sosial siyasət komitəsində “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna əlavə və dəyişikliklər, bununla bağlı da 60 qanunvericilik aktına əlavə və dəyişikliklər müzakirə edilib və parlamentin plenar iclasına tövsiyə olunub: “Dəyişikliklərdən biri “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” ifadəsinin qanunvericilikdən çıxarılması və bunun əvəzinə “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” ifadəsinin əlavə edilməsini nəzərdə tutur. Bu da imkan verəcək ki, uşaqlara da böyüklər kimi sağlamlıq imkanlarının itirilmə faizinə görə müavinətlər müəyyənləşsin. Beləliklə, uşaqlara böyüklər kimi sağlamlıq imkanlarının itirilmə faizinə görə əlilliyin müəyyən edilməsi ilə əlaqədar həmin uşaqların da müavinətlərində xeyli artım olacaq. Qanunun gələn il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur”.

(Ölkə.az)


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar