Zeynəbə dəstək lazımdır - FOTO

25 Aprelel 2022 17:15    3680 Baxış   
Zeynəbə dəstək lazımdır -   FOTO

21 yaşlı tələbə Zeynəb Feyzullayeva Azərbaycan Texniki Universitetinin “Qida mühəndisliyi” fakültəsinin tələbəsidir. O, bir neçə ildir ki, böyrək çatışmazlığından əziyyət çəkir və tələbəlik həyatını yaşaya bilməyib.

Xəstəlikdən əziyyət çəkən qızın həyatı ağır dializ prosedurlara bağlıdır. Həftədə 3 dəfə xəstəxanada olaraq, Zeynəbin damarlara xüsusi aparat qoşulur və bir neçə saat ərzinə qanın təmizlənməsi prosesi aparılır. Hər həftə onun vəziyyəti daha da pisləşir.

Zeynəbin atası Səfərəli Feyzullayevin sözlərinə görə, hazırda qızına böyrək köçürülməsinə ehtiyacı var:

“Qohumlar arasında donor artıq tapılıb, amma əməliyyatın məbləği çox yüksəkdir. Bu əməliyyatın xərcləri təqribən 40-45 min AZN təşkil edəcək. Təəssüflər olsun ki, bizim maddi vəziyyətimiz artıq tam tükənib və bu cür iri məbləğləri biz qarşılaya bilmirik. Son bir neçə ay Zeynəbin vəziyyəti daha da ağırlaşır. Onun həyatı bu əməliyyatdan asılıdır”.

Zeynəbin bir arzusu var: əməliyyatdan sonra ayağa qalxmaq və təhsilini bitirmək. Bu arzunu yerinə yetirilməsi üçün ona köməyimiz lazımdır!

Əlaqə nömrəsi: (055) 839 36 09 (atası Səfərəli Feyzullayev)

Kömək üçün “Kapital Bank” kartı: 4169 7377 0926 0380

“MilliÖn” və “E-manat” aparatı vasitəsi ilə: “Bank Xidmətləri”, “Kapital bank”, “Hesaba Medaxil”, “Hesab 4169 7377 0926 0380.






Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar