Müharibə əlillərinə birdəfəlik ödənişlərin veriləcəyi tarix açıqlanıb

05 Aprelel 2022 13:12    574 Baxış   
Müharibə əlillərinə birdəfəlik ödənişlərin veriləcəyi tarix açıqlanıb

Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödənişlərin veriləcəyi tarix açıqlanıb.

Dominant.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Səfər Mehdiyev "Sosial saat"da deyib.

Onun sözlərinə görə, 1991-1997-ci illərdə xəsarət almış Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödənişlərin iyul ayından başlanması nəzərdə tutulub.

Qeyd edək ki, I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat verilməsi nəzərdə tutulur.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar