Daha bir iş adamı Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna ianə etdi

16 Oktyabr 2020 11:07    1045 Baxış   
Daha bir iş adamı Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna ianə etdi

Sumqayıt şəhərində fəaliyyət göstərən “El-Plastik” MMC şirkəti şanlı ordumuzun Qarabağ uğrunda həyata keçirdiyi döyüş əməliyyatlarına dəstək məqsədilə Azərbaycanın Silahlı Qüvvələrinin Yardım Fonduna 40000 (qırx min) manat vəsait köçürüb.

Bundan əlavə, şirkət tərəfindən döyüş bölgəsində olan əsgərlərimizin arxa cəbhədə qalan ailələrinə 50 kisə un pay verilib və cəbhəyə 28 ədəd təkər göndərilib.


Şirkətin rəhbəri Hacı Gülağa Abişov bildirib ki, bacardıqları qədər bu nəcib təşəbbüsü davam etdirəcəklər: “Biz əminik ki, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə düşmən tapdağında olan torpaqlarımız yenilməz ordumuz tərəfindən tezliklə azad olunacaq. Bəli, Qarabağ bizimdir. Qarabağ Azərbaycandır!”




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar