Əsgərlərə göndərilən yardımlar satışa çıxarılır -FOTOSÜBUT

13 Yanvar 2021 14:00    1787 Baxış   
Əsgərlərə göndərilən yardımlar satışa çıxarılır - FOTOSÜBUT

Novxanı kəndindən 5-ci sinif şagirdi əsgərə məktub göndərib. O, "Səninlə fəxr edirəm, Azərbaycan əsgəri" sözləri ilə başlayan məkubu isti corabın içində yollayıb əsgərə.

Amma Azərbaycan əsgəri nə o məktubdan xəbər tutdu, nə də o corabı geyinə bildi. Daha doğrusu, məktub ünvana çatmadı.

Ağsuda marketdən alınan corabın içindən çıxan məktubu indi hamı gördü. Fəxrlə yox, utancla.

Mediapress.az-a verilən məlumata görə, əsgərlərə göndərilən yardımlar təəssüf ki, hal-hazırda marketlərdə satışdadır...


Ümid edirik, lazımi orqanlar, xüsusilə də Azərbaycan Respublikası Müdafiə Nazirliyi məsələ ilə bağlı araşdırmalara başlayacaq.

Könül Aypara

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar