Gənclərlə sosial sahibkarlıq mövzusunda seminar keçirilib

05 Oktyabr 2022 11:41    3857 Baxış   
Gənclərlə sosial sahibkarlıq mövzusunda seminar keçirilib

"Cığır" mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin elan etdiyi kiçik qrant müsabiqəsində qalib gəldiyi "Sosial sahibkarlıq sahəsində görülən işlərin monitorinqi, təhlili və bu sahədə təbliğatı üzrə təşəbbüslər" layihəsi çərçivəsində Kiçik və Orta Biznes Subyektleri və Klublarının Assosiasiyası (KOBSKA) və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) birgə dəstəyi ilə "İnternat Məzunlarının Sosial İnteqrasiyası" Gənclər İctimai Birliyinin sədri Araz Əhmədovun təqdimatında sosial sahibkarlıq mövzusunda müzakirə seminarı keçirilib.

Seminarda "Cığır" İB-nin həssas qrup nümayəndələri, sosial sahibkar xanımlar, gənclər, müxtəlif universitetlərdən tələbələr və müəllimlər iştirak ediblər.

Araz Əhmədov çıxışında müxtəlif nüanslara toxunub. O, qeyd edib ki, sosial sahibkarlıqda müvəffəqiyyət qazanmaq üçün insandan məqsəd tələb olunur. Məqsədi olan insan fədakar və digər sahələrdə özünü tamamlamış olacaq. Buna görə də bir insanda sosial anlayış məfhumu yetişməlidir.



Araz müəllim onu da qeyd edib ki, gənclər iki nemətin qədrini bilməlidirlər: sağlıq və zaman. Gənclər sağlıqlarını və zamanlarını dəyərli keçirməlidirlər, bu baxımdan sosial sahibkarlıq məhz gənclər üçün ən ümdə inkişaf sahəsidir, çünki bu sahə ilə məşğul olaraq başqalarına faydalı olacaqlar.
Gəncin faydalı olmağa can atması ondan ciddi bir məsuliyyət tələb edir.

Daha sonra Araz bəy Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına (NAYORA) üzv olmağın vacibliyini vurğulayıb və qeyd edib ki, gənclər fərdi sosial sahibkarlıq layihələri yaza və NAYORA-da keçirilən təlimlərdə aktiv iştirak edə bilərlər.

O əlavə edib ki, gənclər bilməlidirlər ki, bu gün gənclərə dövlət tərəfindən hər cür təminat var və onlar da bir insanın ayağa durmasına dəstək olmalıdırlar. Bunun üçün də ilk növbədə iqtisadi güclü və sosial təəssübkeş olmalıdırlar.

Tədbir sosial bazar mövzusu haqqında müzakirələrlə davam edib.

Sonda "Sosial sahibkarlıq mənəvi dəyərdir" layihəsinin idarə heyəti olaraq KOBSKA, NAYORA, sosial sahibkar Araz Əhmədova, eyni zamanda "Cığır" ictimai birliyinin sədri, İslamşünaslıq Elmi Tədqiqat Mərkəzinin aparıcı elmi işçisi Yeganə Mirzəyevaya bu mövzuda mənəvi dəyərləri qabartdığı üçün təşəkkür edilib.






Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar