Sentyabrın 27-si səhər saatlarından başlayan Azərbaycan torpaqları uğrunda döyüşlər tam sürətilə davam edir. Ermənilər tərəfindən işğal olunan ərazilərin geri qaytarılması uğrunda gedən döyüşlər, Azərbaycan ordusunun düşmən üzərindəki üstünlükəri xalqda böyük ruh yüksəkliyi yaradır.
Orduya dəstək məqsədilə xalq könüllü səfərbərliyə gedir, əsgərlərin ərzaq, su və s. ehtiyaclarını ödəmək üçün yardımlar edir, yaralılara kömək üçün qan verməyə çalışırlar. Həmçinin müxtəlif şəxslər tərəfindən ön cəbhədəki əsgərlərimizə ərzaq, siqaret, su, geyim, təmizlik vasitələri və s. sovqat aparılır. Bu nəcib təşəbbüsə sıravi vətəndaşlarla yanaşı, ölkəmizdə fəaliyyət göstərən hökumət və qeyri-hökumət müəssisələri, özəl şirkətlər və s. qoşularaq ordumuza və dövlətimizə dəstək kampaniyasını həyata keçirirlər.
Dominant.az xəbər verir ki, bu gün "URBAN CITY CONSTRUCTION MMC"nin dəstəyi ilə bir qrup gənc ön cəbhəyə sovqat aparıb.
Gənclərin bildirdiyinə görə, onlar 200 əsgəri təmin edəcək qədər alt geyimi, corab, əlcək, papaq, ərzaq, su, meyvə və s. alaraq bu gün Füzulinin Horadiz istiqamətində döyüşən əsgərlərimizə çatdırıblar. Qeyd ediblər ki, başlatdıqları kampaniyanı qarşıdakı günlərdə də davam etdirəcəklər, digər istiqamətdə döyüşən əsgərlərimizə də sovqat aparacaqlar.