Qazi Universitetində ilk dərs Heydər Əliyevə həsr edilib - FOTOLAR

10 May 2025 15:15    85 Baxış   
Qazi Universitetində ilk dərs Heydər Əliyevə həsr edilib -  FOTOLAR
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Qazi Universitetində yaradılan Azərbaycan dili tədris ocağında keçirilən növbəti açıq dərs Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunub.

Dominant.az xəbər verir ki, açıq dərsdə Azərbaycan Mədəniyyət Mərkəzinin və Qazi Universitetinin nümayəndələri, Azərbaycan dili kursunun tələbələri, Mədəni Diplomatiya və Əməkdaşlıq Dərnəyinin üzvləri, Türkiyə Bilişim Dərnəyinin üzvləri iştirak ediblər. 

Tədbir başlamazdan əvvəl Azərbaycan dili kursunun təlimçisi, Qazi Universitetinin doktorantı Şəhla İbişova Ümummilli Lider Heydər Əliyev və proqramın gedişi haqqında tədbir iştirakçılarna məlumat verib.



Tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. 

Açıq dərsdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində oynadığı mühüm roldan danışıb, Azərbaycanın müstəqilliyinin xilaskarı və Azərbaycançılıq ideologiyasının müəllifi kimi tariximizdə əbədi, silinməz iz qoyduğunu bildirib. H.Əliyevin Türk dünyası arasında həmrəylik, “Bir millət, iki dövlət” şüarı ilə Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri və əməkdaşlığını strateji səviyəyə qaldırdığını və əbədi etdiyini söyləyib. Samir Abbasov Heydər Əliyevin mədəni diplomatiyaya verdiyi əhəmiyyət, mədəniyyətə yüksək qayğısı haqqında fikirlərini də bölüşüb. 



Sonra Qazi Universitetinin müəllimi və Türkiyə Politika və Strateji Araşdırmalar Vəqfinin başqanı Dr. Sinan Demirtürk Heydər Əliyevin xarici siyasəti haqqında geniş təqdimatla məruzə edib. S.Demirtürk Heydər Əliyevin Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizə dövründə formalaşdırdığı strateji xarici siyasət konsepsiyasını ətraflı şəkildə izah edib. Xüsusilə 1990-cı illərdə H.Əliyevin Azərbaycanın beynəlxalq arenada tanıdılması üçün həyata keçirdiyi diplomatik təşəbbüslərə və dünya liderləri ilə qurduğu möhkəm əlaqələrə diqqət çəkib. Dr. Sinan Demirtürk Heydər Əliyevin Türkiyə ilə münasibətlərinə xüsusi diqqət ayıraraq, onun iki ölkə arasındakı qardaşlıq bağlarını necə gücləndirdiyini və bu əlaqələrin regional sabitlik baxımından nə qədər əhəmiyyətli olduğunu vurğulayıb.

Açıq dərsdə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış, Ulu Öndərin həyatı və siyasi fəaliyyəti haqqında unikal məlumatları özündə əks etdirən “İz" sənədli filmi nümaiş olub.



Filmin nümayişindən sonra Azərbaycan dili kursunun tələbələri Azərbaycanın, Türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin təhsil və mədəniyyət sahəsindəki töhfələri ilə bağlı fikirlərini bölüşüblər. Kursun tələbələrindən Ayşə Şimşək "Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafına töhfələri" mövzusunda çıxış edib, Dilara Dilşah Kaya isə "Heydər Əliyev dövründə media və dövlət-media münasibətlərinin inkişafı" barədə məruzəsi təqdim olunub.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar