Xalq artisti Azərinə gözlənilməz ad günü hədiyyəsi -FOTO/VİDEO

16:19    69 Baxış   
Xalq artisti Azərinə gözlənilməz ad günü hədiyyəsi - FOTO/VİDEO
Azərbaycanın Xalq artisti, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin orkestr ifaçısı, Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, bütün türk dünyasında sevilən sənətkar Azərin xanımın (Anaxanım Tağıyeva) bu gün ad günüdür. 9 may 1971-ci ildə dünyaya gələn sənətkarın 53 yaşı tamam olur.



Hər zaman dəbdəbədən uzaq qaçan, sadəliyi sevən Azərin xanım özəl günlərini, ad günlərini belə, səssiz, sakit ortamda, ailə üzvlərinin, ən yaxın dostlarının əhatəsində keçirməyi üstün tutur. Sevimli Xalq artistimiz builki doğum günündə də öz ənənəsinə sadiq qalıb.


Ancaq hazırda qardaş Türkiyədə yaşayan Azərin xanımın oradakı dostları Xalq artistimizə böyük ad günü sürprizi ediblər. Belə ki, uşaqları çox sevən, hər zaman kimsəsiz körpələrə böyük diqqət və qayğı göstərən sənətkarın adından elə Türkiyənin kəndlərində yaşayan aztəminatlı ailələrin uşaqlarına hədiyyələr bağışlayıblar, onlarla birlikdə ad günü tortu kəsiblər.



“Azərin xanım,
Doğum gününüz üçün sizin adınızdan kiçik bir sürpriz hazırlamaq istədik. “Tortumuzu uşaqlar üfləsin” layihəsi vasitəsiylə, ad günü tortunuzu həyatlarında heç vaxt ad günü tortu üfləməyən, kəndlərdə heç vaxt tort yeməyən, ailələrinin maddi vəziyyəti aşağı olan uşaqlar üfləsin istədik. Həmçinin uşaqlara kiçik hədiyyələr də paylanıldı. Çünki bilirəm ki, uşaqların sevinməsi sizi də sevindirər. Doğum gününüz mübarək, yeni yaşınız uşaqların gülüşü qədər aydın olsun. Yaxşı ki varsınız. Sizi sevirik” - deyə dostları paylaşımda qeyd edib.



Biz də Dominant. az kollektivi olaraq, Xalq artistimizi, Azərbaycanın Türk dünyasında layiqli təmsilçisi olan dəyərli sənətkarımızı ürəkdən təbrik edir, can sağlığı, uzun ömür arzulayırıq!

https://www.instagram.com/reel/DJbWwe8M9dv/?igsh=MWd4OGk0a3VhNmEybg==


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar