“Baldız” türk komediyası CineMastercard kinoteatrlarında! - VİDEO

07 May 2025 16:59    117 Baxış   
“Baldız” türk komediyası CineMastercard kinoteatrlarında! -  VİDEO

Yalnız "CineMastercard" premium kinoteatrlar şəbəkəsində mayın 8-dən rejissor Hamdi Alkanın təqdim etdiyi "Baldız" türk komediyasının nümayişi başlayır.

Filmdə Oya Başar, Asuman Dabak, Ayşegül Asar, Pedro Karami, Damla Aslanalp və Emel Müftüoğlu kimi aktyorların canlandırdığı obrazlar tamaşaçıları laqeyd qoymayacaq.

Qısa məzmunu belədir: Parlaq xarakterlər və gülməli süjetlərlə dolu bir komediyada bir tərəfdə həm sevimli, həm də qısqanc bir bacı, digər tərəfdə isə sevgi uğrunda hər şeyə hazır olan kiçik bacı və onların arasında qalan çarəsiz kürəkən var. Bəs bu ailəvi qarşıdurmadan kim qalib çıxacaq? Filmi izlədikdə suala cavab tapacaqsınız.

"Baldız" - türk temperamentini, yumoru və parlaq emosiyaları birləşdirən komediyadır. Bu film tamaşaçılara unudulmaz kino axşamı bəxş edəcək!

Qeyd etmək istərdik ki, filmin yaş həddi 18+ təyin olunub.

"CineMastercard" hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.





Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar