İyul ayı üzrə bütün sosial müavinətlər ödənildi

17 İyul 2021 12:50    436 Baxış   
İyul ayı üzrə bütün sosial müavinətlər  ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu iyul ayı üzrə bütün pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı sosial yardımların ödənişini Qurban bayramı ilə əlaqədar vaxtından əvvəl təmin edib.

Fonddan dominant.az-a verilən məlumata görə, iyul ayının 8-15-i arasında ölkə üzrə bütün pensiyalar, son günlərdə isə digər sosial ödənişlər vətəndaşların hesabına köçürülüb. Beləliklə, iyul ayının pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı sosial yardımları qrafikdən əvvəl - bayrama qədərki günlərdə ödənilib.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar