Kəşfiyyatçı: "Bizi nə gözlədiyini bilə-bilə Şuşaya bıçaq, tapança, limonka ilə girdik"

25 Noyabr 2020 12:04    306 Baxış   
Kəşfiyyatçı:  "Bizi nə gözlədiyini bilə-bilə Şuşaya bıçaq, tapança, limonka ilə girdik"

“Ermənilərin ağlına gəlmirdi ki, biz Şuşanı bıçaqla almağı planlaşdırmışıq...”

Kəşfiyyatçı Alik Məmmədov Şuşanın necə azad edildiyini danışıb. Dominant.az qəhrəman döyüşçünün fikirlərini olduğu kimi təqdim edir:

Şuşaya kanatla qalxdıq, döyüş əmrindən öncə yarım metr qarda 14 saat kəşfiyyatdan sonra, 400 nəfər Şuşaya yaxınlaşmalı, o dağı, sıldırımı dırmaşmalı idi. Bıçaq, tapança, limonka ilə döyüşə gedirdik. Bizi nə gözləyir bilirdik. 500 erməni dığasının biz daxil olan tərəfdə olduğu məlumatını əldə eləmişdik. Ən az sayda bu tərəfdə yerləşmişdilər, başqa mövqeylərində ağır artilleriya və canlı qüvvə sayı burdakından azı üç dəfə çox idi, çünki onlar bizim ordan, yollardan hücum edəcəyimizi güman edirdilər.

Heç bir insanın ağlına gəlməyəcəyi sıldırımları dırmaşıb, döyüşə artilleriyasız girəcəyimizi düşünmürdülər. Nəinki onların heç kəsin ağlına gəlməzdi ki, biz bıçaqla Şuşanı almağı düşünürük.

Generalımızın (Hikmət Mirzəyev) düzgün döyüş tapşırığı, düzgün kordinatları olmasaydı, məhv ola bilərdik. Amma hər şey zərgər dədiqliyi ilə ölçülüb biçilmişdi. Biz qayaları dırmaşıb, əlbəyaxa döyüşə girdik. Dəqiq deyə bilməyəcəm, təxmini desəm 40-a yaxın erməniyə bıçaq salıb çıxartmışam həmin hücum anı. Hər öldürdüyüm ermənini Mübariz və Polad deyib məhv eləmişəm.

Onların arasına düşən panika belə General tərəfindən hesablanmışdı, panika yaranan kimi tapşırıq əsasında hərəmiz dəstə-dəstə əks istiqamətlərdə dağılışdıq. Ermənilər artıq həyəcan və qorxudan özlərinə atəş açırdılar. Onlar hətta öz əsgərlərinə belə inanmırdılar, yaxınlaşan erməni ermənini vururdu, çünki onların formasında belə biz ola bilərdik.

Şuşa döyüşü bizim əzəmətimizi, gücümüzü, əsgərimizin qorxmazlığını onlara göstərdi. Onlar Şuşanı bir il dayanmadan müdafiə edə biləcək sayda silah sursat və canlı qüvvə ilə təmin eləmişdilər. Şuşa şəhidlərimizin qanı bahasına, kişiliyi, qorxmazlığı bahasına bir neçə saatda alındı. Hətta videolar da yayılıb.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar