Komada olan kəşfiyyatçının anasından Prezidentə müraciət: "Rica edirəm, qazinizə dəstək olun"

16 Dekabr 2020 10:09    3098 Baxış   
Komada olan kəşfiyyatçının anasından Prezidentə müraciət:  "Rica edirəm, qazinizə dəstək olun"

Azərbaycan Redpublikası Silahlı Qüvvələrinin Quru Qoşunlarında bir ildir xidmət edən, Xankəndi ətrafındakı ağır döyüşdə başından qəlpə yarası almış, 50 gündən çoxdur Neyrocərrahiyyə xəstəxanasında komada olan 23 yaşlı, bir oğul atası qazimiz Səbuhi Hüseynli ölkə başçısına müraciət edib.

Ananın ürəkləri parçalayan müraciətini təqdim edirik və ümid edirik ki, ananın harayına hay verən tapılacaq:

"Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban xanım Əliyevaya,
Heydər Əliyev Fonduna,
Yaşat Fonduna
Yeganə oğul övladım, 1997-ci il təvəllüdlü, 1 yaş 3 aylıq körpə atası, AR SQ Quru Qoşunlarında bir ildir xidmət keçən oğlum Hüseynli Səbuhi Babək oğlu oktyabrın 26-da Xankəndi ətrafında gedən qızğın döyüşlərdə beynindən ağır qəlpə yarası almışdır. Əvvəl Füzuliyə, sonra Yevlaxa gətirilsə də, yaranın ağırlığını nəzərə alaraq oktyabrın 28-də Bakıya gətirilmiş və Neyrocərrahiyyə xəstəxanasına yerləşdirilmişdir.

Oktyabrın 30-da cərrah Elşən Hüseynzadə tərəfindən beyin əməliyyatına alınmışdır. İki gün sonra komaya düşən oğlumu dekabrın 2-də həmin həkim yenidən əməliyyat etmiş və uğurlu keçdiyini söyləmişdir. Amma oğlumun vəziyyəti heç yaxşılaşmır, yaradan iltihab gəlir, komadan ayılmır, artıq təzyiqi düşməyə başlamışdır.

Sizdən artıq dərəcədə xahiş edirəm ki, oğlumun müalicəsinin xaricdə davam etdirilməsinə kömək edəsiniz. O zaman oğlum sağlamlığına qovuşar. İki aya yaxındır ki, oğlum xəstəliklə mübarizə aparır, ona yenilmək istəmir. Kəşfiyyatçı olan oğlum bir aylıq döyüşdə silahdaşları ilə bərabər qəhrəmanlıq tarixi yazmışdır. Qoymayın oğlum mənfur düşmənin atdığı minanın qurbanı olsun. Ümidim tək sizədir. Allaha dua etməkdən başqa bir çarəm yoxdu. Rica edirəm, əsgərinizə, qazinizə bu ən kritik anında dəstək olun, onun komadan ayılıb sağlamlığına qovuşmasına yardım edin.
QAZİNİN ANASI: Əhmədxanova Samirə Məmməd qızı"

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar