Millət vəkili seçicilərini qəbul edib

23 Sentyabr 2020 17:33    66 Baxış   
Millət vəkili seçicilərini qəbul edib


Bu gün Sumqayıt şəhər Yeni Azərbaycan Partiyasının binasında deputat Müşfiq Məmmədli 44 saylı Sumqayıt - Xızı seçki dairəsinin seçiciləri ilə qəbul keçirib.

Qəbula gələn insanlar şəxsi məişət problemləri ilə yanaşı müxtəlif mövzularda məşğulluq, hüquqi yardım, təhsil, kommunal ilə bağlı müraciətlər ediblər. Bir neçə məsələ yerindəcə həllini tapıb.

Millət vəkilinin səlahiyyətlərinə aid olan məsələlər M.Məmmədli tərəfindən nəzarətə götürülüb və həlli üçün müvafiq addımlar atılıb.

Qeyd edək ki, növbəti vətəndaş qəbulu Hacı Zeynalabdin qəsəbəsində keçirilməsi nəzərdə tutulur.

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar