Millət vəkilləri Tovuz döyüşlərində şəhid olmuş hərbçilərimizin ailələrini ziyarət ediblər

15 Sentyabr 2020 17:04    42 Baxış   
Millət vəkilləri Tovuz döyüşlərində şəhid olmuş hərbçilərimizin ailələrini ziyarət ediblər
Millət vəkilləri Qənirə Paşayeva və Tamam Cəfərova, “Bayburt” inşaat şirkətinin rəhbəri Alim Şəntürk Tovuz, Ağstafa və Qazax rayonlarında,bu ilin iyulunda Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan hərbçilərimizin ailələrini ziyarət ediblər.

Şəhid ailələrinin qayğıları ilə maraqlanan millət vəkilləri Q.Paşayeva və T.Cəfərova onlarla ətraflı fikir mübadiləsi aparıb və bildiriblər ki, şəhidlərimiz kimi, onların ailə üzvləri də bizim üçün çox qiymətlidir.

Millət vəkili Q.Paşayeva Tovuz döyüşlərinin ölkəmiz və region üçün xüsusi hadisə olmasından, döyüşlərdə düşmənə ciddi zərbə vurulmasından danışaraq, "qəhrəman oğulları böyüdən ata-anaların qarşısında baş əyirik" deyib.

Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışan millət vəkili Q.Paşayeva, yeniyetmə və gənclərin qəhrəman şəhidlərimizi daha yaxından tanıması və örnək alması üçün hərbi-vətənpərvərlik tərbiyəsi və ideoloji işin daha da artacağına inandığını deyib. "Biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əminik. O gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və bütün şəhidlərimizin də ruhu şad olacaq!” - deyərək bütün şəhidlərimizə Tanrıdan rəhmət diləyib.

Görüşdə iştirak edən “Bayburt” inşaat şirkətinin rəhbəri Alim Şəntürk qardaş Türkiyənin Azərbaycan şəhidlərini öz şəhidləri saydığını, onların ailə üzvlərinə diqqət göstərməyin qardaşlıqdan irəli gələn vicdan borcu olduğunu bildirib.

Millət vəkilləri Tovuz döyüşlərində şəhid olmuş hərbçilərimizin ailələrini ziyarət ediblər
Millət vəkilləri Tovuz döyüşlərində şəhid olmuş hərbçilərimizin ailələrini ziyarət ediblər
Millət vəkilləri Tovuz döyüşlərində şəhid olmuş hərbçilərimizin ailələrini ziyarət ediblər
Millət vəkilləri Tovuz döyüşlərində şəhid olmuş hərbçilərimizin ailələrini ziyarət ediblər
Millət vəkilləri Tovuz döyüşlərində şəhid olmuş hərbçilərimizin ailələrini ziyarət ediblər
Millət vəkilləri Tovuz döyüşlərində şəhid olmuş hərbçilərimizin ailələrini ziyarət ediblər
Millət vəkilləri Tovuz döyüşlərində şəhid olmuş hərbçilərimizin ailələrini ziyarət ediblər
Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar