Nazir Azad Rəhimovun vəfatından yazdı

01 May 2021 19:03    703 Baxış   
Nazir Azad Rəhimovun vəfatından yazdı

"Gənclər və idman naziri Azad Rəhimovun dünyasını dəyişməsini dərin kədər hissi ilə qarşıladıq".

Dominant.az xəbər verir ki, bu sözləri təhsil naziri Emin Əmrullayev özünün feysbukdakı səhifəsində yazıb.

"Azad Rəhimov ölkəmizdə gənclər və idman siyasətinin inkişafında böyük xidmətləri olan nikbin, xalqını sevən dövlət xadimi kimi yaddaşlarda qalacaq. Ailəsinə və yaxınlarına səbir diləyirik.

Allah rəhmət eləsin!", - deyə nazir əlavə edib.

Qeyd edək ki, gənclər və idman naziri Azad Rəhimov ötən gün ABŞ-da dünyasını dəyişib.
Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar