On iki yaşlı oğlan fotoaparat almaq üçün yığdığı pulu Azərbaycan Ordusuna göndərdi - FOTO

16 Oktyabr 2020 16:26    674 Baxış   
On iki yaşlı oğlan fotoaparat almaq üçün yığdığı pulu Azərbaycan Ordusuna göndərdi -  FOTO

Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna ianələr davam etməkdədir. Yaşından, məsləyindən, dolanışıq səviyyəsindən asılı olmayaraq, hər kəs Azərbaycan Ordusuna öz dəstəyini nümayiş etdirir. Ayaqqabısı cırıq olmasına baxmayaraq, aldığı təqaüdün çox hissəsini Silahlı Qüvvələrin Yardım Fonduna bağışlayan şəkili Hikmət babanın möhtəşəm davranışından sonra ASAN xidmət mərkəzində daha bir qürurverici hadisə yaşanıb.


Dominant.az xəbər verir ki, 12 yaşlı Tofiq Hüseynov özünə fotoaparat almaq üçün yığdığı pulu əsgərlərimizə hədiyyə edib.

Jurnalist Samir Əlinin bildirdiyinə görə, Tofiq özünə fotoaparat almaq üçün 50 qəpiklər yığırmış. Bir neçə gün öncə Tofiq həmin qəpiklər olan "kassa"sını götürərək heç kimə demədən 5 saylı ASAN xidmət mərkəzinə yollanıb. Vətənpərvər balaca həmin "kassa"nı xidmət əməkdaşlarına təqdim edərək, "Bunun içərisindəki pulları əsgərlərimizə əlcək və corab almaq üçün göndərin, qoy onların əlləri üşüməsin və torpaqlarımızı tez azad etsinlər" - deyib.

Sevincdən gözləri dolan xidmət əməkdaşları uşağın iştirakı ilə kassanı açıb. Kassada 103 manat 50 qəpik olub. Xidmət əməkdaşları uşağa təkid ediblər ki, həmin pulu özünə xərcləsin. Amma Tofiq Hüseynov inad edib ki həmin pulu əsgərlərə göndərsinlər. Beləliklə, balaca qəhrəmanımızın pulu əsgərlər üçün qəbul edilib.

Azərbaycan igidlər diyarıdır. Bizim böyüklü-kiçikli hər birimiz bu torpaq üzərində qəhrəman və mərd böyüyürük!





Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar