Qanunsuz ov edənlər cəzalandırılıb

24 Yanvar 2022 17:29    239 Baxış   
Qanunsuz ov edənlər cəzalandırılıb


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən 17-24 yanvar 2022-ci il tarixlərində keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Astara rayonu akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Dominant.az-a bu barədə Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib.

“Araşdırma zamanı brakonyerlərin Astara şəhər sakinləri Eldar Cəbrayılov və Asəf Qasımov olduğu müəyyən edilib”.

B.Məhəmmədov onu da qeyd edib ki, ayrı-ayrı inzibati rayonların ərazisində qanunsuz ov edən Bakı şəhər sakini Ziyadxan Sadıqov, Qaradağ rayon sakinləri Elvin İsmayılov, Elnur Nadirov və Saatlı rayon sakini Eldəniz Fərzəliyev saxlanılıb.

"Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar