Qaradağ rayonunda polis profilaktik tədbirlər həyata keçirib

25 Avqust 2020 22:58    599 Baxış   
Qaradağ rayonunda polis profilaktik tədbirlər həyata keçirib
Paytaxtın Qaradağ rayonunda polis əməkdaşları tərəfindən koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə ərazidə növbəti nəzarət-profilaktiki tədbirlər həyata keçirilib.

Dominant.az xəbər verir ki, tədbir çərçivəsində ictimai nəqliyyatda və qapalı yerlərdə maskadan istifadə etməyən şəxslərlə profilaktiki söhbət aparılıb, maskası olmayan şəxslərə tibbi maskalar paylanılıb.

Rayonda nəzarət-profilaktiki tədbirlər çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq profilaktiki tədbirlər davam etdirilir.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar