Qənirə Paşayeva şəhid Elvin Şəriflinin anası ilə görüşüb

23 Yanvar 2021 11:05    147 Baxış   
Qənirə Paşayeva şəhid Elvin Şəriflinin anası ilə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva şəhid Elvin Elşən oğlu Şəriflinin anası Zeynəb Səfər qızı Haqverdiyeva ilə Milli Məclisdə görüşüb.

Q.Paşayeva şəhid anasını tarixi zəfər münasibəti ilə təbrik edib, qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb:

“Əziz şəhid anası, Siz, Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş hərbçimizin anasısız. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Oğlunuz bugünləri görməsə də, əminəm ki qələbəmiz onun ruhuna əyandır.

Biz bilirik ki həyat yoldaşınız I Qarabağ Müharibəsi vaxtı minaya düşüb, bədənindəki qəlpələr bugünədək qalmaqdadır. Sizin həyatda qalmış yeganə övladınız Elşanənin həyat yoldaşı da hazırda həqiqi hərbi xidmətdədir. Bütün bunlar sizin ailəlikcə Vətəncanlı olduğunuzu çox parlaq şəkildə göstərir.

Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirəm”!

Q.Paşayeva şəhid anasına simvolik hədiyyə təqdim edib.
Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar