Qənirə Paşayeva Xocalı soyqırımı ilə bağlı təşkil olunmuş konfransda çıxış edib

26 Fevral 2021 15:04    621 Baxış   
Qənirə Paşayeva Xocalı soyqırımı ilə bağlı təşkil olunmuş konfransda çıxış edib

Azərbaycan Gənc Politoloqlar Təşkilatı Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın iştirakı ilə Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı onlayn konfrans keçirib.

Komitə sədri Xocalı soyqırımına aparan hadisələr zəncirindən, xalqımızın yaşadığı ağır faciənin insanların, ailələrin, cəmiyyətin və bütövlükdə xalqın həyatındakı dərin izlərindən danışıb. Q.Paşayeva ötən illər ərzində xalqın sınmadığını, toparlandığını və nəhayət 44 günlük Vətən Müharibəsi ilə əldə edilmiş tarixi zəfərdən sonra bölgədə yeni reallıqlar yarandığını xüsusi vurğulayıb. Bütün hallarda Xocalı soyqırımı günahkarlarının sonuncu nəfərindək ədalət mühakiməsinə cəlb edilməsi, cəzalandırılması üçün bundan sonra da işlərin aparılacağını qeyd edən Komitə sədri, gənc nəslin, ictimai fəal qüvvələrin üzərinə düşən mənəvi məsuliyyətdən söz açıb. Komitə sədri Heydər Əliyev Fondunun, fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının ciddi nəticələrini nümunə gətirib.

“Bəli, biz Xocalıya ədalət istəyirik. Bizim mübarizəmiz, istəyimiz bütün parametrlər üzrə beynəlxalq hüquqa, insan haqlarına əsaslanır və ədalətlidir. Xocalı soyqırımı canilərinin öz haqq etdikləri cəzanı almaları dünyada bir daha soyrıqımlar olmamaması üçün çox vacibdir”.

Q.Paşayeva dünyada Xocalı soyqırımı ilə bağlı qərar qəbul etmiş ölkələrə, parlamentlərə, ayrı-ayrı qurum və quruluşlara bir daha təşəkkür ifadə edərək, gəncləri, onların timsalında dünya azərbaycanlı gənc fəalları, Azərbaycan dostlarını Xocalı (Azərbaycan) həqiqətlərini dünyaya yaymağa çağırıb.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar