Rusiyanın bu şəhərlərindən Bakıya reyslər təşkil ediləcək

12 İyun 2021 10:54    765 Baxış   
Rusiyanın bu şəhərlərindən Bakıya reyslər təşkil ediləcək

Rusiyanın “Azimut” aşağıbüdcəli aviaşirkəti Rostov, Mineralnıe Vodı və Krasnodardan Bakıya uçuşlar həyata keçirməyə başlayacaq.

Dominant.az xəbər verir ki, Mineralnıe Vodı-Bakı reysləri iyunun 19-dan işə düşəcək. Uçuşlar həftədə bir dəfə, şənbə günləri baş tutacaq.

Rostov şəhərindən Bakıya uçuşlar iyunun 23-dən başlayacaq və çərşənbə günləri həyata keçiriləcək.

Krasnodardan isə reyslər iyunun 26-dan başlayacaq. Bu reyslər həftənin şənbə günləri baş tutacaq.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar