Sankt-Peterburq Azərbaycan Milli-Mədəni Muxtariyyəti 20 Yanvar şəhidlərini anıb - FOTOLAR

22 Yanvar 2021 18:17    905 Baxış   
 Sankt-Peterburq Azərbaycan Milli-Mədəni Muxtariyyəti 20 Yanvar şəhidlərini anıb -  FOTOLAR


Sankt-Peterburq Azərbaycan Milli-Mədəni Muxtariyyətinin təşkilatçılğı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım mərasimi təşkil edilib.

Dominant.az xəbər verir ki, tədbirdə Rusiyanın Şimal-Qərb Federal Dairəsi üzrə Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov, sədr müavinləri Marif Ələkbərov, Hacı Vüqar, icraçı direktor Rəşadə Orucova, Azərbaycan Gənclər Birliyinin nümayəndsi Elman Manafov və birlik üzvləri, professorlar iştirak ediblər.

Tədbir 20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Vaqif Məmişov 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə və bütün Azərbaycan xalqına başsağlığı verib.



Həm Vaqif Məmişov, həm də tədbirdə digər çıxış edənlər 20 Yanvar faciəsinin tarixi barədə məlumat veriblər. Qeyd edilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet rəhbərliyinin tapşırığı ilə Bakıda törədilən faciəyə ümummilli lider Heydər Əliyev sərt etiraz səsini ucaldıb, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bütün dünyanın diqqətini Bakıda baş verən qanlı hadisələrə cəlb edib.

Tədbir iştirakçıları tərəfindən, xalqımıza qarşı törədilmiş ağır cinayətlər pislənilib və bildirilib ki, bu faciə Azərbaycan xalqının qəhrəmanlığını, insanların öz Vətəni uğrunda canından keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirib.

Sonda həm 20 Yanvar şəhidləri, həm də Azərbaycann ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimiz üçün dualar oxunub.





Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar